7 fevral Prezident seçkilərində səsimizi Qalib Sərkərdəmiz İlham Əliyevə veririk - fotolar

05, 01, 24
12:31

7 fevral Prezident seçkilərində səsimizi Qalib Sərkərdəmiz İlham Əliyevə veririk - fotolar

"Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi"nin Göygöl rayon filialının sədr və müavinləri, o cümlədən, bütün üzvləri, rayonda yaşayan şəhid və qazi ailələri yekdilliklə təsdiq edir ki, Azərbaycan xalqı bu gün öz tarixinin tam yeni, son dərəcədə qürurlu, şərəfli bir mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə 44 günlük Vətən müharibəsinin şanlı qələbə ilə nəticələnməsi əvvəlcə ölkənin ərazi bütövlüyü, daha sonra suverenliyinin tam təmin olunması ilə yaddaşlarda həkk oldu.
Azərbaycan haqq savaşından daha güclü çıxdı. 2023-cü ildəki antiterror əməliyyatı cəmi 1 gün çəkdi. Ermənistan ordusunun tör-töküntüləri Azərbaycan torpaqlarından tam təmizləndi, müharibə cinayətkarları, hərbi xunta başçıları həbs edildi.
Prezident İlham Əliyev bu müqəddəs missiyanı uğurla reallaşdırmaqla, Ulu Öndər Heydər Əliyevin ən ümdə arzusunu - ata vəsiyyətini yerinə yetirdi. 8 noyabr – Şuşanın azad edilməsi günü tariximizə Zəfər günü kimi yazıldı. Bu gün Xankəndidə, Xocalıda, Ağdərədə Azərbaycan Bayrağı məğrurluqla dalğalanır.
İlham Əliyev qalib xalqın qalib lideridir. Bütün Azərbaycan xalqı kimi Göygöl rayonunun bütün qazi və veteranları da onunla fəxr edir və onun siyası fəaliyyətini dəstəkləyir!
QƏQİB üzvləri üçün sevindirici haldır ki, Azərbaycanın xüsusilə son 20 ildə qazandığı nəhəng uğurlar onu dünyada siyasi sabitliyin, tərəqqinin, qlobal təşəbbüslərin məkanına çevirib. İlham Əliyevin milli maraqlara və qarşılıqlı etimada əsaslanan müstəqil siyasət kursu Azərbaycana beynəlxalq miqyasda böyük hörmət, nüfuz qazandırıb.
İctimai Birliyin üzvləri həmçinin onu da vurğulayır ki, biz veteranlar bugünkü Azərbaycana baxanda zəhmətimizin hədər getmədiyini görürük. Qürur duyuruq ki, Azərbaycan etibarlı əllərdədir, İlham Əliyev kimi Prezidenti var. Bu, Azərbaycan xalqının taleyinə yazılmış tarixi xoşbəxtlikdir!
Qarşıdakı 7 fevral Prezident seçkilərində Prezident İlham Əliyevi dəstəkləyir, səsimizi Qalib Sərkərdəmiz İlham Əliyevə veririk...

"Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi"nin Göygöl rayon filialının sədri Araz Abbasov,
sədrin müavini Gəncə Əsgərov






Bizimlə əlaqə saxlayın