Paşinyanın papağı - Azərbaycan şapkası - FOTO

09, 01, 24
12:30

Paşinyanın papağı - Azərbaycan şapkası - FOTO

"Azərbaycan Reallığı" xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın son vaxtlarda şapka geyinməsini və imicində  kəskin dəyişiklik etməsi, erməni cəmiyyətində ciddi rezonsa və müzakirələrə səbəb olub. Ermənilər Paşinyanın şapka geyinməsini Baş nazirə yaraşmayan hərəkət kimi dəyərləndiriblər. Onlar hesab edir ki, ölkənin siması olan şəxs düzgün geyim seçimi etməlidir. 

Əksər ermənilər Paşinyanın son imicini Azərbaycan geyim  modasına üstünlük verməsi kimi dəyərləndirib. Erməni cəmiyyəti Paşinyanın geydiyi şapkanı Azərbaycan papağı sayır. Hətta bir çoxları müzakirələr zamanı deyir ki, Rusiyada buna "azerbaydjanskaya кепка" deyirlər. 


Erməni stilist Aram Nikolyan “Hraparak”a müsahibəsində Paşinyanın geydiyi  papağın daha çox azərbaycanlıların və gürcülərin taxdığını qeyd edib.


"Hər kəsin belə kepka taxdığı, Baş nazirin geyindiyi konkret bir ölkə olduğunu söyləmək yanlışdır. Mən belə bir konkret ölkə tanımıram, amma onlar daha çox Qafqaz ölkələrinin xalqlarına, xüsusən də Azərbaycan və Gürcüstan xalqlarına xas baş geyimi formasıdır”, - Nikolyan deyib.


Bizimlə əlaqə saxlayın