Tokayev Füzulidə açılışda iştirak edəcək

09, 01, 24
15:30

Tokayev Füzulidə açılışda iştirak edəcək

Yaxın zamanda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri olacaq.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel deyib.


O bildirib ki, Qazaxıstan Prezidentinin səfəri çərçivəsində Füzulidə Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimi olacaq.


Xatırladaq ki, Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzinin inşası 2023-cü ildə başlayıb və uğurla başa çatdırılıb.

Bizimlə əlaqə saxlayın