Azərbaycan MN-dən Türkiyəyə başsağlığı - “Acınız bizim acımızdır”

13, 01, 24
09:00

Azərbaycan MN-dən Türkiyəyə başsağlığı - “Acınız bizim acımızdır”

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerə başsağlığı ünvanlayıb.

Bu barədə “Azərbaycan Reallığı”na Azərbaycanın Müdafiə Nazirliyindən (MN) məlumat verilib.


Başsağlığıda deyilir: “Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.


Sizin acınız bizim də acımızdır.


Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.


Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik”.

Bizimlə əlaqə saxlayın