Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanında

20, 01, 24
12:00

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər Xiyabanında

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar - Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.
 
Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

Bizimlə əlaqə saxlayın