Ekspert Millət vəkillərinə təklif verdi

26, 01, 24
14:00

Ekspert Millət vəkillərinə təklif verdi

“Sosial şəbəkə platforması Facebookda ictimai-sosial məsələlər üzrə ekspert, Aktivist Ramal Əliyev Millət vəkilləri Ceyhun Məmmədov və Fazil Mustafaya təklif verdi”

Ramal Əliyevin təklifi ondan ibarətdir ki, Azərbaycab Respublikası Cinayət Məcəlləsinə krminal-cinayətkar aləmi təbliğ edən müsiqilərin, meyxanaların ifasına görə müvafiq maddələr əlavə edilsin və bu məsələ milli məclisin plenar iclasında gündəmə gətirilsin. 

Ramal Əliyevin bu təklifi irəli sürməsinə əsas səbəb odur ki, son dönəmlər cinayətkar aləmi və bu aləmin nüfuzlu şəxslərini təbliğ edən meyxanaların artması gənclərin cinayət törətməsinin əsas səbəblərindəndir.

Ramal Əliyevin facebookdakı Şərhini olduğu kimi veririk:

“SÜRƏTLƏ ƏXLAQİ UÇURUMA YUVARLANAN GƏNCLİK, GƏNCLƏRİN ƏXLAQİ DEQRADASİYASINA, CİNAYƏT TÖRƏTMƏSİNƏ SƏBƏB OLAN KRMİNAL TƏBLİĞ EDƏN MEYXANALAR” 

Düşünürəm ki, Gəncə şəhərində məktəbdə törədilən qətl hadisəsidə bu tipli krminal müsiqilərin, meyxanaların nəticəsidir. Videoda meyxananı ifa edən şəxsin Zarina adlı bir azərbaycanlı qadının olması da başqa bir faciədir. Krminal-cinayətkar aləmi təbliğ edən vətəndaşlar üçün cinayət məcəlləsinə mütləq müvafiq maddələr əlavə edilməlidir.

Bu qisməndə olsa problemin qarşısının alınmasına kömək edəcəkdir. Bununla bağlı dəyərli Millət vəkillərimiz Ceyhun Məmmədov, Fazil Mustafa bəyə təklif edirəm ki, Milli məclisin növbəti plenar iclasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinə krminal-cinayətkar aləmi təbliğ edən musiqiləri, meyxanaları ifa edən, sözlərini yazan vətəndaşlar üçün maddənin(maddələrin) əlavə edilməsi məsələsi gündəmə gətirilsin.

Maddə:…

“Musiqilərində,meyxanalarında cinayətkar aləmi, cinayət əməllərni, cinayətkar şəxsləri təbliğ etdiyinə görə 3000 AZN-dən 5000-AZN dək cərimə, 6 ay islah işləri, yaxud da 3 ayadək azadlıqdan məhrum etmə maddəsi(maddələri) əlavə edilməsini təklif edirəm."

Bizimlə əlaqə saxlayın