Prezidentin vəzifə verdiyi Xanlar Ağalarov - DOSYE

29, 01, 24
16:00

Prezidentin vəzifə verdiyi Xanlar Ağalarov - DOSYE

Xəbər verdiyimiz kimi, Prezidentin sərəncamı ilə Xanlar Ağalarov Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinə sədr təyin edilib.

"Azərbaycan Reallığı"nın məlumatına görə, Xanlar Ağayev bundan əvvəl Mədəniyyət Nazirliyi Aparat rəhbəri vəzifəsində çalışıb. O, uzun illər Azərbaycanın mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərib.

Xanlar Ağalarov 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib, 2015-2016-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr dərəcəsi alıb.

Eyni zamanda o, Kembric Universitetində dövlət siyasəti üzrə magistr təhsili alıb. O, daha əvvəl Prezident Administrasiyasının Strateji araşdırmalar və planlaşdırma şöbəsində, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində müxtəlif vəzifələrdə çalışıb.

Bu gün isə prezident İlqar Mustafayevi Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edərək onun əvəzinə Xanlar Ağalarovu təyin edib.

Bizimlə əlaqə saxlayın