Ermənistan Azərbaycanla şərti sərhəddə terrorçularını yerləşdirir - Mikaelyan

30, 01, 24
17:30

Ermənistan Azərbaycanla şərti sərhəddə terrorçularını yerləşdirir - Mikaelyan

İndi Ermənistanda vəziyyət 90-cı illərdəkindən qat-qat mürəkkəbdir.

"Azərbaycan Reallığı" erməni KİV-nə istinadən xəbər verir ki, bunu "Yerkrapa" terror təşkilatının sədri Sasun Mikaelyan bildirib. 

Onun sözlərinə görə, bu gün "Yerkrapa" üzvləri şərti Ermənistan-Azərbaycan sərhədinin bütün uzunluğu boyunca daim müdafiə xəttindədirlər.
“2020-ci ildə 1200 "Yerkrapa" könüllüsü döyüş vəzifəsini yerinə yetirib, 2022-ci ildə artıq 1700 nəfər olub, keçən il 8 mindən çox "Yerkrapa" könüllüsü eyni vaxtda döyüş növbətçiliyində iştirak edib. Bəzi vəzifələrdə "Yerkrapa" iki növbə ilə xidmət edir, bunu da nəzərə alsaq, artıq 10 mindən çox üzv var. Bu, ciddi rəqəmdir, hərbçilər məni başa düşəcəklər”.

Bizimlə əlaqə saxlayın