İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı

05, 02, 24
15:30

İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı

Fransa Azərbaycana qarşı ildırımsürətli müharibə planı hazırlayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Azərbaycan Dövlət Televiziyasının (AzTV) "Həftə” analitik-informasiya proqramınm müəllifi və aparıcısı Rövşən Məmmədov bildirib. 

Aparıcı Fransa və Ermənistanın hazırladığı hücumun istiqamətini açıqlayıb: "Hücum qəfil olmalı və Cermuk istiqamətindən reallaşdırılması planlaşdırılıb”. 

R.Məmmədov qeyd edib ki, Avropa ölkələrinin agentləri sərhədlərimizi keçməyə çalışır: "Fransa Milli Jandarma İdarəsinin generallarından biri  Ermənistan ərazisindən bizim sərhədlərimizə yaxınlaşaraq binoklla müşahidə aparıb. Nədir, müharibəyə hazırlaşırsınız? Deyə bilərsiniz ki, "Xeyr”. Lakin biz deyirik, "Bəli”. Əks halda Fransa intensiv şəkildə Ermənistanın silah arsenalını artırmağa çalışmazdı, rəsmi Paris bu ölkədə yeni xarici kəşfiyyat xidməti yaratmazdı. Əks halda Avropa İttifaqı Azərbaycanın hərbi texnikası və canlı qüvvəsinin döyüş hazırlığı ilə bağlı hesabatlar hazırlamazdı və ya Avropanın agentura şəbəkəsinin üzvləri bir-birinin ardınca Azərbaycanın sərhədlərini keçməyə çalışmazdı”.  

 

Bizimlə əlaqə saxlayın