Azərbaycanda prezident seçkiləri BAŞLADI

07, 02, 24
09:00

Azərbaycanda prezident seçkiləri BAŞLADI


Azərbaycanda növbədənkənar prezident seçkilərində səsvermə başlayıb.
 
"Azərbaycan Reallığı"nın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkiləri açıq elan edib.
 
O, seçiciləri aktiv olmağa çağırıb.
 
Sədr qeyd edib ki, bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər:
 
"Dəqiq məlumatlar ictimaiyyətə açıqlanacaq. 
 
Bildirim ki, 1000 məntəqədə veb-kameralar quraşdırılıb. Bu, seçkilərin daha mötəbər keçirilməsinə təsir edəcək. Eyni zamanda seçkiləri beynəlxalq və yerli müşahidəçilər seçkiləri izləyəcək”.
Qeyd edək ki, prezident seçkilərində 7 namizəd mübarizə aparır.
 
Səsvermə 125 seçki dairəsi üzrə 6537 seçki məntəqəsində keçirilir. Bu məntəqələrdən 6319-u daimi, 218-i isə Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Xəzər dənizində və dünya sularında Azərbaycanın Bayrağı altında üzən gəmilərdə yaradılmış məntəqələrdir.

Bizimlə əlaqə saxlayın