Seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edildi

07, 02, 24
11:30

Seçkilərin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edildi

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov növbədənkənar prezident seçkilərinin ilkin nəticələrinin açıqlanacağı vaxtı elan edib.

“Azərbaycan Reallığı”nın xəbərinə görə, onun sözlərinə görə, ilkin nəticələr saat 21:00-da elan edilə bilər.

"Bütün təcrübəmizdən irəli gələrək deyə bilərik ki, saat 21:00-da ilkin nəticələri elan edəcəyik".

MSK sədri qeyd edib ki, fevralın 9-da isə ilkin, lakin qeyri-rəsmi nəticələri elan edəcəklər.

"Daha sonra isə biz seçkilərə yekun vuracağıq və protokolları hazırlayacağıq. Bundan sonra isə seçkilərin nəticələrini Konstitusiya Məhkəməsinə göndərəcəyik".

Bizimlə əlaqə saxlayın