Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib - FOTO

07, 02, 24
13:00

Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib - FOTO

Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov növbədənkənar prezident seçkilərində səs verib.

“Azərbaycan Reallığı” xəbər verir ki, Ceyhun Bayramov 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir.

Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Bizimlə əlaqə saxlayın