Ayaz Mütəllibovun oğlu İlham Əliyevi təbrik etdi

10, 02, 24
14:30

Ayaz Mütəllibovun oğlu İlham Əliyevi təbrik etdi

Prezident İlham Əliyevi seçkilərdə çox böyük səs fərqi ilə yenidən seçilməsi münasibtəilə təbrik edirəm.  

"Azərbaycan Reallığı" xəbər verir ki, Bunu Modern.az-a açıqlamasında Azərbaycanın birinci prezidenti mərhum Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov deyib.

O qeyd edib ki, İlham Əliyevin 92,12%-lə seçilməsi xalqın ona olan etimadının bariz nümunəsidir: 

"Bu, isə təsadüfi deyil. İlham Əliyev 30 il erməni tapdağında olan Qarabağ torpaqlarını 44 gündə azad etdi. Xalq bu zaman onun ətrafında bir yumruq kimi birləşdi. Məhz bu vəhdətin sayəsində biz indi qalib ölkə, qalib xalqıq. İlham Əliyevə möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzu edirəm”. 

Xatırladaq ki, Ayaz Mütəllibov 27 mart 2022-ci ildə 83 yaşında vəfat edib. Sabiq prezident Birinci Fəxri xiyabanda torpağa tapşırılıb.

Bizimlə əlaqə saxlayın