Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisini məhv etdi

13, 02, 24
13:00

Azərbaycan Ordusu atəşkəsi pozaraq təxribata cəhd edən 4 Ermənistan hərbçisini məhv etdi

Ermənistan-Azərbaycan şərti sərhədinin Qafan rayonu istiqamətindən atəşkəsi pozaraq təxribata cəhd edən Ermənistan silahlı qüvvələrinin məhv edilən hərbçilərinin sayı 4-ə çatıb.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan “Azatutyun” radiostansiyasına deyib.
 
Daha əvvəl, Ermənistan Müdafiə Nazirliyi 2 hərbçisinin öldüyü və bir neçə nəfərin yaralandığı barədə məlumat vermişdi.
 
Ermənistan Müdafiə Nazirliyi də 4 hərbçisinin öldüyünü, birinin yaralandığını açıqlayıb.

Bizimlə əlaqə saxlayın