Erməni mətbuatından Kamillə bağlı absurd iddia - FOTO

21, 02, 24
13:00

Erməni mətbuatından Kamillə bağlı absurd iddia - FOTO

"Azərbaycan Reallığı"nın da xəbər verdiyi kimi, tanınmış fitnes məşqçisi Kamil Zeynallı dünən gecə saatlarında Moskvadan Bakıya gələrkən hava limanında saxlanılıb. Onun iddiasına görə, saxlanılmasına səbəb kimi Ermənistan tərəfindən axtarışa verilməsi göstərilib.

Ermənistan mətbuatı iddia edir ki, Kamil Zeynallı 44 günlük müharibə zamanı döyüşlərdə iştirak edib və guya Qarabağda erməni qocanın boğazını kəsib. Yaydıqları foto isə iddianı əks etdirmir. Xəbərin uydurulma olduğunu ortaya qoyur.

Görünür, erməni tərəfi ənənəvi sərsəm iddialarından əl çəkmək fikrində deyillər. Hər fürsətdə vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırlar.

Qeyd olunur ki, Rusiya onu cinayət məsuliyyətinə cəlb etmək üçün Ermənistana ekstradisiyasını müzakirə edir.

Bizimlə əlaqə saxlayın