Təbrizdə erməni konsulluğu - XİN bəyanat yaydı

24, 02, 24
13:00

Təbrizdə erməni konsulluğu - XİN bəyanat yaydı

İranın Təbriz şəhərində Ermənistanın Baş Konsulluğunun açılması üçün hazırlıq işləri aparılır.

"Azərbaycan Reallığı" Sputnik Armenia-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

“İndi hazırlıq işləri gedir. Nazirlik müvafiq olaraq növbəti dəyişikliklər barədə ətraflı məlumat verəcək”, - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, konsulluq barədə razılıq 2022-ci ildə əldə olunub.

Bizimlə əlaqə saxlayın