Erməni hərbi ekspert: Müharibənin astanasındayıq

24, 02, 24
14:00

Erməni hərbi ekspert: Müharibənin astanasındayıq

Biz yeni müharibənin astanasındayıq. 

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu hərbi ekspert David Camalyan deyib.

Onun sözlərinə görə, baş nazirin fransız mediasına verdiyi  müsahibənin məntiqi nəticəsi yeni müharibənin, yeni ərazi və insan itkilərinin olacağını deməyə əsas verir.

“Müharibənin qarşısını almaq üçün KTMT ilə münasibətləri dondurmaq yox, Ermənistan-Rusiya alyansının bütün hərbi-siyasi resurslarından istifadə etmək, Ermənistana sürətlə silah, lazım gələrsə, silahlı qüvvələr gətirmək lazımdır. Əgər zərurət yaranarsa, KTMT-yə müraciət edib 4-cü maddənin həyata keçirilməsinə nail olmaq lazımdır. İran tərəfinin silah tədarükündən tutmuş, lazım gələrsə, silahlı qüvvələrin təmin edilməsinə qədər çox şirnikləndirici təkliflərini qəbul etmək lazımdır”, - Camalyan qeyd edib.

Onun fikrincə, bütün bu faciəli hadisələr zamanı İrəvan ölkənin müdafiəsini imitasiya edəcək, bunun sayəsində Azərbaycan istədiyinə nail olmağa çalışacaq.

Bizimlə əlaqə saxlayın