3 rayona yeni polis rəisləri təyin edildi

13, 03, 24
16:30

3 rayona yeni polis rəisləri təyin edildi

Daxili İşlər Nazirliyində yeni təyinatlar olub.

“Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Beyləqan Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov vəzifədən azad edilib. O, Yevlax Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyin edilib.

Binəqədi RPİ-nin rəis müavini, polis polkovniki Ceyhun Qurbanov isə Beyləqan RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Bundan başqa, polis polkovnik-leytenantı İkram Əhmədov Göyçay Regional Mühafizə Şöbəsinin rəisi vəzifəsinə gətirilib. 

Bizimlə əlaqə saxlayın