Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan

19, 03, 24
14:00

Əraziləri qaytarmalıyıq, müharibə olmamalıdır - Paşinyan

Biz müharibəyə yol verməmək üçün 4 kəndi Azərbaycana qaytarmalıyıq. Ona görə də Bağanis , Aşağı Əskipara, Xeyrlimli və Qızıl Hacılıkəndləri ərazisində sərhədi tənzimləməliyik.

"Azərbaycan Reallığı" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş bölgəsində kənd sakinləri ilə görüşündə bildirib.

“Bizim siyasətimiz ondan ibarətdir ki, biz müharibəyə imkan verməməliyik. Ona görə də biz qərara gəldik ki, bu ərazidə Ermənistan sərhədini tənzimləməliyik. Biz bunu təkcə Ermənistan naminə deyil, həm də konkret olaraq Yuxarı Əskipara (Voskepar) və Kirants kəndləri və onların təhlükəsizliyini təmin etmək üçün edirik”, - Paşinyan qeyd edib.

Paşinyan əlavə edib ki, bu baxımdan Bağanis Ayrımdan Berkaberə qədər olan ərazidə Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün real imkan var. 

Bizimlə əlaqə saxlayın