Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

29, 03, 24
09:30

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın.

"Azərbaycan Reallığı" xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə baş tuta bilər. “Biz terror təhlükəsinin və ya terrorla bağlı vəziyyətin nə yerdə olduğunu bilməliyik”, - o qeyd edib.

Bizimlə əlaqə saxlayın