Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi

01, 04, 24
17:00

Nazir bu xanımı birinci müavin təyin etdi - Vüqar Əsgərovu onun yerinə gətirdi

Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində kadır dəyişikliyi olub. 

"Azərbaycan Reallığı"nın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik-leytenant Əsmər Ələsgər qızı Salamova Mərkəzin rəis müavini vəzifəsindən azad edilərək rəisin birinci müavini təyin edilib. 

Nazirin digər əmri ilə polkovnik-leytenant Vüqar Nadirəli oğlu Əsgərov Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəis müavini təyin olunub. 

Qeyd edək ki, bu ilin fevral ayında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri general-mayor Adil Ələsgər oğlu Abdullayev fövqəladə hallar nazirinin müavini vəzifəsinə təyin olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi vəzifəsinə isə Adil Abdullayevin birinci müavini polkovnik Zaur Kərimov gətirilib. 

Bizimlə əlaqə saxlayın