Mövlud Çavuşoğlu Bakıya gəlir

03, 04, 24
16:30

Mövlud Çavuşoğlu Bakıya gəlir

Türkiyənin sabiq xarici işlər naziri, hazırda Böyük Millət Məclisinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti 3-5 aprel tarixlərində Azərbaycanda səfərdə olacaq.

Bu barədə "Azərbaycan Reallığı"na Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Bakıda Milli Məclisdə, Xarici İşlər Nazirliyində və digər qurumlarda bir sıra görüşlər keçirəcək. 

Görüşlərdə iki qardaş ölkə arasındakı əlaqələrin daha da dərinləşdirilməsi ilə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, İrəvan-Bakı arasında sülhün əldə olunması, beynəlxalq təşkilatlarda birgə fəaliyyət və digər məsələlər müzakirə ediləcək. 

Nümayəndə heyəti eyni zamanda aprelin 4-də Şəhidlər Xiyabanı və Türk şəhidliyini ziyarət edəcək.

Bizimlə əlaqə saxlayın