Gürcüstanın Baş naziri Almaniyada...

11, 04, 24
14:30

Gürcüstanın Baş naziri Almaniyada...

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Almaniya Federativ Respublikasına rəsmi səfərə gedib.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
 
Bildirilib ki, İrakli Kobaxidze aprelin 12-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə görüşəcək. İrakli Kobaxidze və Olaf Şolts arasında təkbətək və geniş formatda görüşlər planlaşdırılır, bundan sonra birgə mətbuat konfransı keçirəcəklər.
 
Rəsmi səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Almaniya Federativ Respublikasının Prezidenti Frank Valter Ştaynmayer və Almaniya Bundestaqının sədri Berbel Bass ilə də görüşəcək.
 
Görüşlərdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Gürcüstanın Avropaya inteqrasiyası, Cənubi Qafqaz regionundakı vəziyyət diqqət mərkəzində olacaq.

Bizimlə əlaqə saxlayın