Ermənistan etiraf etdi: Əsgərimizi qəsdən yaralayıblar - Cinayət işi AÇILDI

12, 04, 24
10:30

Ermənistan etiraf etdi: Əsgərimizi qəsdən yaralayıblar - Cinayət işi AÇILDI

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanla sərhəddə baş verən insident barədə apardığı araşdırmanın nəticələrini açıqlayıb.
 
"Azərbaycan Reallığı"nın məlumatına görə, Xidmət insidentə görə günahın Ermənistan tərəfində olduğunu etiraf edib.
 
Bildirilir ki, Ermənistan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu və sərhəd mühafizə xidmətinin baş rəis müavini sərhəd zabitləri ilə birlikdə sərhədi keçməy və yolunu azdığı güman edilən çoban və sürüsünü geri qaytarmağa cəhd göstərib. Bununla da o, sərhəd mühafizə qaydalarını pozub, ehtiyatsızlıqdan xeyli miqdarda ziyan vurub, lüzumsuz atışma baş verib.
 
Qurum sərhəd mühafizəsi zonasının, insanların həyat və sağlamlığının aşkar təhlükəyə məruz qaldığını, qeyd olunan hərəkətlərin dövlətin təhlükəsizliyinə təhdid yaratdığını, habelə dövlət sərhədinin qeyd olunan ərazisində lazımi nəzarətin olmadığını bildirib.
Hadisə nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgəri yaralanıb. Ermənistan tərəfi baş vermiş hadisədən təəssüfləndiklərini bəyan edib.
 
Hadisə ilə bağlı cinayət işi açılıb.
 
Azərbaycan tərəfinin məlumatına görə, Aprelin 10-da, saat 15:20 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində qarşı tərəfdəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.
 
Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.
 
Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

Bizimlə əlaqə saxlayın