Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - Yaralılar var

12, 04, 24
17:30

Ermənistan ordusunun 4 hərbçisi ÖLDÜ - Yaralılar var

Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobil qəzaya düşüb:
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, aprelin 12-də saat 15:25 radələrində hərbi qulluqçuları daşıyan “Ural” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq dərəyə yuvarlanıb.
 
İlkin məlumatlara görə, 4 nəfər ölüb, yaralılar var.
 
Yerli mətbuat yazır ki, hadisə Meğridə baş verib. Ölən və yaralananlar arasında həm müqaviləli əsgərlər, həm də çağırışçılar var.

Bizimlə əlaqə saxlayın