Prezident iki nazirə yeni səlahiyyət verdi

27, 04, 24
14:30

Prezident iki nazirə yeni səlahiyyət verdi

Prezident İlham Əliyev Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycanın təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında sərəncam imzalayıb.

"Azərbaycan Reallığı" xəbər verir ki, sərəncama əsasən, Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycandan Rəhbər iqtisadiyyat naziri (Mikayıl Cabbarov), alternativ Rəhbər isə maliyyə naziri (Samir Şərifov) təyin edilib.

Onlara həmin Fondda Azərbaycanı təmsil etmək səlahiyyəti verilib.

Bizimlə əlaqə saxlayın