İran səfirliyində matəm kitabı açılacaq

21, 05, 24
12:30

İran səfirliyində matəm kitabı açılacaq

İranın Azərbaycandakı səfirliyində helikopter qəzasında həlak olanlarla bağlı mayın 21-dən etibarən 3 gün ərzində matəm kitabı açılacaq.
 
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
 
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.

Bizimlə əlaqə saxlayın