Apellyasiya Məhkəməsi Nemət Pənahlının 30 sutkalıq inzibati həbs qərarın qüvvədə saxlanıldı

18, 10, 18
23:02

Apellyasiya Məhkəməsi Nemət Pənahlının 30 sutkalıq inzibati həbs qərarın qüvvədə saxlanıldı



Azerbaycanrealligi.com xəbər verir ki, Bu gün Milli Azadlıq hərəkatının tanınmış isimlərindən olan Nemət Pənahlının Apellyasiya Məhkəməsi Keçirilib. Hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən iclasda 30 sutkalıq inzibati həbs qərarı qüvvədə saxlanıldı. Məhkəmədə Nemət Pənahlının geniş çıxışı oldu. O çıxışında bildirdi ki, evinin blokunun ağzından onu 6 nəfər mülki geyimli adam olub. Kim olduqlarını, onu hara apardıqlarını deməyiblər. heç bir müqavimət göstərmədən onlarla birlikdə gediblər və Nəsimi RPİ-yə gəliblər. Maraqlıdır ki, 6 nəfər polisdən 3 nəfəri Nemətin üzünə durmaqdan imtina ediblər və digər 3 nəfər üzünə durublar. Evinə zəng etməyə, yaxınları ilə əlaqə saxlamağa imkan verməyiblər. Tələb edib ki, ona vəkil təyin olunsun, ya da vəkil tapmağa imkan yaradılsın. Ona da bu imkan verməyiblər. Evi ilə hələ də görüşməyə imkan vermirlər. Hələ də Ailəsinə zəng edə bilmir 

Nemət Pənahlı məhkəmə zamanı bildirdi ki, Bu azmış kimi, rəis müavini səviyyəsində ona hədə-qorxu gəlirlər ki, yerində dinc oturmasan, etiraza və danışmağa davam etsən, burada sənə cinayət işi açılacaq və məhkəməyə göndərilib həbs olunacaqsan. Bunu xüsusilə mediadan ictimaləşdirməyi xahiş etdi. bildirdi ki, bunlar 30 sutka ilə yekunlaşmaq istəmir. Ona qarşı daha təhlükəli senarilər ola bilər.

Azerbaycanrealligi.com

.

Bizimlə əlaqə saxlayın