SON DƏQİQƏ! Müxalifət partiyası SENSASİON bəyanat yaydı - Seçkilər demokratik mühitdə keçirilib…

03, 09, 24
11:30

SON DƏQİQƏ! Müxalifət partiyası SENSASİON bəyanat yaydı - Seçkilər demokratik mühitdə keçirilib…

Hesab edirik ki, 1 sentyabr növbədənkənar parlament seçkilərində əhalinin rahat şəkildə və istədiyi namizədə səs verməsinə şərait yaradılmış, onların seçiminə təsir göstərilməmişdir. 

Gələcək Azərbaycan Partiyası 1 sentyabr 2024-cü il tarixində ölkəmizdə keçirilən növbədənkənar parlament seçkilərində 24 seçki dairəsi üzrə 1120 müşahidəçisi qeydiyyatdan keçmiş və sərbəst müşahidəni təşkil etmişdir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Partiya müşahidəçilərinin təqdim etdikləri anket məlumatları və beynəlxalq müşahidəçilərin verdikləri rəyləri nəzərə alaraq, VII çağırış Milli Məclisə seçkilərinin nəzarət etdiyimiz seçki dairələrində demokratik mühitdə, azad rəqabət şəraitində keçirildiyi bəyan edirik. 

Uğur qazanan namizədlərin hər birini Partiyamız adından təbrik edir və bizi dəstəkləyən seçicilərə öz təşəkkürlərimizi çatdırırıq.

Bizimlə əlaqə saxlayın