yuxarı
Ramin Hacılı Qarabağ komitəsinə qoşuldu
19, 06, 19
21:24
Ramin Hacılı Qarabağ komitəsinə qoşuldu
Azərbaycanda fəaliyyət göstərən və Qarabağ məsələsini gündəmdə saxlamaq, vətəndaş cəmiyyətinin Qarabağla bağlı mövqeyini əks etdirmək üçün yaradılmış Qarabağ Komitəsində (QK) Ramin Hacılınınüzvlülük məsələsinə baxılıb və yekdilliklə qəbul edilib.
Azerbaycanrealligi.com xəbər verir ki, Qaynarinfo-nun verdiyi xəbərə görə, Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılı qəbula görə təşəkkürünü bildirib və Qarabağ adına olan bütün fəaliyyətlərdə yaxından iştirak edəcəyini, komitə daxilində də aktiv olacaqlarını bəyan edib.
Bir ilə yaxındı fəaliyyətə başlamış Qarabağ Komitəsində Azərbaycanın tanınmış vətəndaş cəmiyyəti nümayəndələri, partiya rəhbərləri, siyasi və ictimai liderlər təmsil olunur.
Azerbaycanrealligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək