yuxarı
TikToker "Eliş" həbs olundu
30, 10, 24
10:00
TikToker "Eliş" həbs olundu
Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışlar edən şəxslərlə bağlı polis əməkdaşları tərəfindən qanunamüvafiq tədbirlər davam etdirilir.
"Azərbaycan Reallığı" xəbər verir ki, keçirilən növbəti tədbir nəticəsində "Eliş" ləqəbli Elsevər Nəbiyev saxlanılıb.
Araşdırmalarla onun narkotik alüdəçisi olduğu da müəyyən olunub.
Məhkəmənin qərarı ilə E.Nəbiyev 25 sutka inzibati qaydada həbs edilib.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək