Adil Əliyev Azərbaycan xalqını Ramazan ayının başlanması münasıbətilə təbrik etdi

25, 04, 20
15:11

Adil Əliyev Azərbaycan xalqını Ramazan ayının başlanması münasıbətilə təbrik etdi


Milli Məclisin vitse-spikeri Adil Əliyev Azərbaycan xalqını Ramazan ayının başlanması münasibətilə təbrik edib. Azerbaycanrealligi.com olaraq sözü gedən təbriki oxucuların diqqətinə çatdırırıq.

Xalqımızı Ramazan ayının başlaması münasibətilə təbrik edirəm! Builki bayram keçmiş bayramlarımıza bənzəməyəcək. Koronavirus pandemiyasının yayılması səbəbindən sosial məsafəni gözləməliyik, bu səbəbdən oruc süfrəsi ailə üzvləri ilə açılacaq, ibadət edənlər qapalı məkanlardan kənara çıxmayacaqlar. Bu da bir sınaqdır. İnşallah Ramazan bayramı artıq sıxıntılarımız geridə qalar və həyatımız tədricən normal məcraya qayıdar! Bütün hallarda elə etməliyik ki, başqalarının həyatını risq altına atmayaq, böyük məclislərdən uzaq olaq! Bu bayramda da ehtiyacı olan və kimsəzislərə dəstək olaq, ruzimizi onlarla bölüşək. Əsl bayram məhz budur! Hamıya xeyirli Ramazan ayı, ruzi-bərəkət arzulayıram. Allah hər kəsin Ramazan ibadətini qəbul etsin. Oruc tutanlar və tutmayanların hamısına sağlıq və firavan həyat arzulayıram! 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın