Deputatın partiyasının şöbə sədrin Kamaləddin Heydərovun işçisi döydü - FOTO

25, 07, 20
11:46

Deputatın partiyasının şöbə sədrin Kamaləddin Heydərovun işçisi döydü - FOTO

Razi Nurullayevin sədrlik etdiyi Azərbaycan Xalq Cəbhəsi patiyasının (AXCP) Qazax şöbəsinin sədri Musayev İlham Səməndər oğlu 25 iyul, gecə 00:30 radələrində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Musayev Sədi Mail oğlu tərəfindən zorakılığa məruz qalıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Partiyanın mətbuat xidmətindən verilən məlumata görə hadisə nəticəsində İlham Musayev başından ağır zədə alıb, çoxlu qan itirib:

“Musayev Sədi yanında bir neçə nəfərlə Musayev İlhama yaxınlaşaraq öncə onu hədələyib, sonra gözlənilmədən başına zərbə endirib. Hadisə polisin gözü önündə baş verib. Zərərçəkəni xəstəxanaya məhz polis əməkdaşları aparıblar. İlkin gərəkli tibbi yardımdan sonra zərərçəkənin polis idarəsinə aparılaraq izahatı alınıb. Hadisəni törədən FHN-nin əməkdaşı Musayev Sədi isə polisə tabe olmayaraq öz avtomobili ilə hadisə yerini tərk edib”.

Musayev İlham

Məlumatda bildirilib ki, bu hadisəyə zərərçəkənin ictimai aktivliyi səbəb ola bilər:

“İlham Musayev çox vətənpərvər, cəsur, mərd, mübariz, daim haqqın yanında olan, ədalətli insandır. Hər zaman yaşadığı ərazidə baş verən çatışmazlıqları, məmur özbaşınalıqlarını, vətəndaşların qayğılarını ictimailəşdirib. Görünür bu kimlərisə narahat edir”.

Partiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev məsələnin qanun çərçivəsində, ədalətli həll olunacağına inandığını bildirib:

“İnanırıq ki, bu utanc verici hadisə aidiyatı qurumlar tərəfindən operativ və obyektiv araşdırılacaq, haqq yerini tapacaq, günahkar layiqli cəzasını alacaq.

Belə hadisələr birlik-bərabərliyə özəlliklə ehtiyacımız olduğu bu günlərdə tutduğu vəzifəyə, o vəzifəni etibar edən dövlətə, vicdanla xidmət etməyə borclu olduğu vətəndaşa xəyanətdir. Belə hadisələr, belə özbaşınalıqlar, belə məmur zorbalıqları vətəndaşı hökumətdən, dövlətdən incik salmağa, daxili sabitliyi, birlik-bərabərliyi pozmağa xidmət edir. Buna yol vermək olmaz”…

Fövqəladə Hallar Nazirliyindən Azerbaycanrealligi.com-a verilən məlumata görə baş vermiş xoşagəlməz hadisə hal-hazırda araşdırılır. Ətraflı məlumat veriləcək

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın