"Azərsun Holding"ə qarşı şok iddia
"Azərsun Holding"ə qarşı şok iddia
Qeyd edilir ki, 2022 - ci ilin aprel ayında Azersun Holdinq” MMC-nin Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki “Azərsun Sənaye Parkı”nda dəhşətli yanğın hadisəsi baş verib. Burada Azersun” “Gülüm”, “Möcüzə”, “Final”, “Teksun” markaları altında bir çox günəbaxan, qarğıdalı, zeytun, soya, palma yağlarını istehsal edildikdən sonra məhsulların saxlandığı anbar idi.
İddia edilir ki, məhz bu anbarın yandırılmasının təşkilatçılığında da məhz Savaş Uzanın tapşırığı var. O, bu əməlilə həm etdiyi "yeyintinin" üstünü ört-basdır edib həm də sığortadan külli miqdarda pul əldə edib.
"Azərbaycan Reallığı" bildirir ki, bəzi vətəndaşların mediada verdiyi açıqlamada, sabiq "Azərsun" direktorunun onları şərləməkdən, hətta həbs etdirməkdən belə çəkinmədiyini deyir.
Əvvəllər də baş-icraçı direktor Savaş Uzana qarşı bir neçə ciddi ittihamlar olub. Şirkətin bəzi əməkdaşlarının dediyinə görə, o, bir çox qanunsuz işlərin görülməsində arxa planda idarəçilik edib. Məhkəmələrə rüşvət belə verildiyi qeyd edilir. O, Cem Uzanla qohumluq əlaqəsindən istifadə edərək, hər zaman toxunulmaz qaldığı bildirilir.
Qeyd edək ki, redaksiyamızda hər bir şəxsin mövqeyin işıqlandırmağa hazırdır.