yuxarı
Putin bu gün səfirimizi qəbul edəcək
05, 11, 24
12:30
Putin bu gün səfirimizi qəbul edəcək
Azərbaycanın Rusiyaya yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev bu gün etimadnaməsini Rusiya Prezidenti Vladimir Putinə təqdim edəcək.
"Azərbaycan Reallığı" xəbər verir ki, Rusiya Prezidenti Kreml Sarayının “Aleksandrov” zalında bununla 27 diplomatın etimadnamələrini qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev Rəhman Mustafayevin Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək