Köçəryanın Moskvadakı qoruyucuları Bakıdakı siyasi elitanı silkələdəcək - Partiya sədri

09, 02, 21
19:00

Köçəryanın Moskvadakı qoruyucuları Bakıdakı siyasi elitanı silkələdəcək - Partiya sədri


"Erməni xalqının yumşaq desək sevmədiyi Köçəryan Moskva səfərindən dönərək böyük siyasətə qayıtmasını elan edirsə, onu bu qərara gətirənlər ya Ermənistanda müvafiq hadisələr silsiləsi qurmalıdırlar, ya da Azərbaycanda".

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə REAL Partiyasının sədri İlqa Məmmədov bildirib.

O qeyd edib ki, Köçəryanı erməni xalqına sevdirəcək hadisələrin Ermənistanda baş verməsi ehtimalı sıfıra bərabərdir:

"Deməli hadisələr Azərbaycanda baş verəcək. Bu hadisələr ya Paşinyanı daha da rəzil edən, ya da Köçəryanı qəhrəman edən növdə ola bilər. Birincinin bizim üçün riski azdır. Amma plan ikinci növdədirsə, yəni Köçəryanı Azərbaycan torpağında qəhrəmana çevirmək planı varsa, təhlükə yüksəkdir: hadisələrdən ya bir az öncə, ya da dərhal sonra Köçəryanın Moskvadakı qoruyucu mələkləri Bakıdakı oyunçuları hərəkətə gətirib siyasi elitanı silkələdəcək.

Əslində, Köçəryanın elanından doğan risklərin geosiyasi strukturu daha mürəkkəbdir. Ancaq bəzilərinə diqqəti çəkdim. İstənilən halda, Azərbaycandakı siyasi münasibətlər qısa zamanda kökündən dəyişdirilməli və kənar müdaxiləyə qarşı sistemli bir qoruma inşa edilməlidir".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın