Qurban Qurbanov məşhur iş adamıyla quda olub

06, 11, 24
15:00

Qurban Qurbanov məşhur iş adamıyla quda olub


Bilindiyi kimi, bugünlərdə "Qarabağ"ın hücumçusu Musa Qurbanlının nişan mərasimi keçirilib.

"Azərbaycan Reallığı" bildirir ki, Qurban Qurbanovun oğlu Əsmər adlı xanımla nişanlanıb.

Ağdam klubunun çalışdırıcısı kiminlə qohumluq bağı qurub? Saytımız bununla bağlı araşdırma aparıb.

Mötəbər mənbələrdən əldə etdiyimiz məlumata görə, o, Azərbaycanda tanınmış iş adamlarından biriylə quda olub.

Müəyyən səbəblərdən onun adını hələlik açıqlamırıq.

Bunu deyək ki, həmin biznesmen əslən laçınlıdır və respublika ərazisində fəaliyyət göstərən böyük restoranlar şəbəkəsinin sahibidir.


Bizimlə əlaqə saxlayın