Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO

05, 07, 25
16:00

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi - FOTO


Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib. 

1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir. 

"Azərbaycan Reallığı"nın məlumatına görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib. 

O, doğulduğu Qazyan kəndində dəfn olunacaq.  


Bizimlə əlaqə saxlayın