2 saylı cəzaçəkmə müəssisəsindəki siyasi məhbuslardan həyəcanlı xəbər var

02, 07, 18
19:38

2 saylı cəzaçəkmə müəssisəsindəki siyasi məhbuslardan həyəcanlı xəbər var

Qiyas İbrahimli Fotosu
Sinoptiklər xəbər verirlər ki, bu il Azərbaycanda son 120 ilin ən isti yay fəsli olacaq, hətta bir neçə gündən sonra havanın temperaturunun 46-47 dərəcəyə qədər qalacağı gözlənilir. İnsan azadlıqda olarkən bu hərarətə dözə bilmir, görün, həbsxanalarda nə qədər acınacaqlı durum vardır. 2 saylı cəzaçəkmə müəssisəsində bu vəziyyətlə bağlı siyasi məhbuslardan həyəcanlı xəbərlər gəlir. Azerbaycanrealligi.com bildirir ki, hal-hazırda həmin müəssisədə cəza çəkən siyasi məhbus Qiyas İbrahimlinin anası Şura Əmrəslanova bu haqda facebook hesabında status yazıb paylaşıb. Həmin statusu təqdim edirik: ''Bu gün 2 saylı cəza çəkmə müəssisısindən Qiyas zəng vurmuşdu. Həbsxanadakı acınacaqlı vəziyyətdən danışdı. Bir yandan yayın istisi, bir yandan da müəssisənin problemləri - qazın yox, işıq yox, soyuducu da işləmir, ventilyasiya sistemi sıradan çıxıb. Bunun hamısını məhbus etməlidi. Bəs müəssisənin rəhbərliyi nə işə baxır, bilmirəm. Bunun bir sonu olmayacaq?"

Fikrət Fərəməzoğlu Fotosu
Digər bir həyəcanlı xəbər isə jurnalist, siyasi məhbus Fikrət Fərəməzoğlu ilə bağlıdır. Onun səhhətində baş vermiş ciddi problemlə əlaqədar Penitensiar Xidmətinə dəfələrlə müraciət olunsa da hələ ki biganə yanaşılır. Bu haqda onun həyat yoldaşı Faiqə Nösrətinin öz facebook hesabında paylaşdığı statusu olduğu kimi təqdim edirik: "DİQQƏT! Fikrət Fərəməzoğlunun səhhəti pisləşib. Durumu ağırdır. Bununla bağlı Penitensiar Xidmətin "Qaynar.Xətti"nə və Müalicə Müəssisəsinə zəng edib durumu bildirmişəm. Vəkil də müraciət edib, amma 2 saylı Cəzaçəkmə Müəssisəsindən hələ ki bir hərəkət yoxdur. Görünür, ölümə sövq edirlər. Hər kəsdən bu məsələni diqqətdə saxlamağı xahiş edirəm".

 İş vaxtı olmadığı üçün məsələ ilə bağlı Penitensiar Xidmətin mövqeyini dərc edə bilmədik. İş vaxtı başladıqdan sonra yenidən əlaqə yaratmağa çalışacağıq.


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın