YAP fəalı Vəfa Mürsəlzadə: "Co Bayden Böyük siyasi səhvinə imza atdı!"

01, 05, 21
20:13

YAP fəalı Vəfa Mürsəlzadə: "Co Bayden Böyük siyasi səhvinə imza atdı!"


Türk dövlətlərinin birliyindən ehtiyat edən ABŞ prezidenti böyük siyasi səhvinə imza atdı!

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden 24 aprel tarixli bəyənnaməsində 1915-ci il hadisələrini "soyqırımı" adlandırmaqla həm ölkəsi, həmçinin xarici siyasəti üçün əsassız və böyük səhvə imza atdı.

Azerbaycanrealligi.com xəbər verir ki, bu sözləri YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin üzvü Vəfa Mürsəlzadə deyib, onun sözlərinə görə. Ermənilərin türk və Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı tanımaqda çətinlik çəkən 82 yaşlı Bayden yəqin ki, ulu əcdadlarının yerli Amerika xalqına qarşı törətdiyi amansız soyqırımı cinayətini də yaddan çıxarıb. Və yəqin ki, ABŞ dünyada bərqərar olma və məskunlaşma "metodları" baxımından özlərini erməni canilərinə daha yaxın hiss edirlər.

Vəfa Mürsəlzadə

Çünki hər ikisi tarix boyu məskunlaşdıqları torpaqları yerli xalqlara qarşı amansız cinayət və soyqırımı törətməklə "əldə ediblər". Lakin, dünya siyasətinin indiki gedişini və güclənməkdə olan türk dövlətlərinin birliyini gözardı etmək ABŞ üçün gələcək məyusluq mənbəyidir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu böyük bir tarixi səhvdir! 

Azərbaycan gənci və türk xalqı olaraq hər zaman qardaş Türkiyə Cümhuriyyətinin yanında olduğumuzu bildirir və əsassız bəyannəməni şiddətlə qınayırıq!

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın