Ramiz Mehdiyev bu tarixdə vəzifədən gedir... - AMEA-da vəziyyət qarışıb

27, 06, 21
17:10

Ramiz Mehdiyev bu tarixdə vəzifədən gedir... - AMEA-da vəziyyət qarışıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev vəzifəsindən istefa verəcək.

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda Azadinfo.az-a özəl mənbədən bildirilib.

Mənbənin məlumatına görə, R. Mehdiyevin istefa verməsi səhhətində yaranmış ciddi problemlərlə bağlıdır:

“Ramiz müəllim artıq işləyə bilmir. Bəzən günlərlə, bəzən də aylarla işə gəlmir. Təxminən 1 aydır söhbət gedir ki, sentyabr ayının sonuna qədər R. Mehdiyevin vəzifədən getməsi gözlənilir".

Mənbənin sözlərinə görə, R. Mehdiyevin vəzifədən getməsi ilə bağlı xəbərlərin olması AMEA-da qarışıqlıq yaradıb:

"AMEA-da problemlər hər gün daha da artır. Kim nə istəsə onu da edir. Rəhbərlikdə gedən intiriqalar artıq ciddi problemlərə yol açıb. Gənc alimlərin qabağa getməsinə də mane olurlar. Ramiz müəllimin vəzifədən getməsi xəbəri vəziyyəti daha da ağırlaşdırıb”.

Mənbə həmçinin, Ramiz Mehdiyevin yerinə gələcək şəxsin kimliyinin də bəlli olduğunu bildirib.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın