“Bu rüsvayçılığa görə Zakir Həsənov istefa verməlidir!”

30, 06, 21
13:00

“Bu rüsvayçılığa görə Zakir Həsənov istefa verməlidir!”


“Təkcə medal və ordenlərlə təltifə görə baş vermiş rüsvayçılığa görə müdafiə naziri Zakir Həsənov və nazirliyin rəhbərliyindəki əksər generallar istefa verməlidir! Ali Baş Komandandan, döyüşçülərdən, xalqdan üzr istəyib istefa verməlidirlər ha, elə belə yox! Azacıq ədalətləri (vicdan yazmıram də…) olsa belə edərlər! Belə şey olar?”

Azerbaycanrealligi.com xəbər verir ki,bu tələblə 1-ci Qarabağ müharibəsi qazisi Rey Kərimoğlu çıxış edib. 

O, bildirib ki,döyüşməyən nə qədər adama medal veriblər, amma döyüşüb, yaralanan xeyli əsgər kənarda qalıb: “Zakir Həsənov və komandasının yarıtmaz fəaliyyəti o boyda möhtəşəm qələbəni gözdən salmaqla məşğuldu! Heç sənədləşdirmə çox zəif olan 90- cı illər də belə biabırçılıq olmamışdı ey…”

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın