İki tanınmış yazçı arasında Mübariz Mənsimov QALMAQALI

07, 05, 22
21:37

İki tanınmış yazçı arasında Mübariz Mənsimov QALMAQALI


Bir neçə gün bundan öncə saytımızda "Şair-publisist Ağacəfər Həsənli: Mübariz Mənsimovun Azərbaycanlılar üçün elədiklərini başqa hansı milyarderimiz eləyib?" Başlıqlı yazı qalmaqala səbəb olub. Ehamlarla dolu gedən yazıda digər tanınmış Şair-publisist Saday Şəkərli yazçının ehamlarının ona aid olduğunu iddia edir.Saytımıza müraciət edən Saday Şəkərli onunda cavab huququ olduğunu bildirərək cavab yazısın dərc etməyimizi xahiş edib.

"Azərbaycan Reallığı" Saday Şəkərlinin sözü gedən yazsın təqdim edir.

AĞACƏFƏR HƏSƏNLİYƏ CAVAB

Ondan başlayaq ki, özünə şair deyən bu zad Mirzə Ələkbər Sabirdən cəmi bir misra misal gətirir və böyük şairə şər atdığının şahidi oluruq, həmən misranın əslində "əcəb" sözü yoxdur, şair Fəxriyyəsində "Öz qövmümüzün başına əngəlkələfiz biz"  kimi yazıb.

Onunla davam edək ki, müqəddəs kitabımızda şər-böhtan öz anasıyla zina etməyə bərabər tutulur. Gəlin, əvvəlcə mənim ünvanıma hədyanlar yağdıran Ağacəfər Həsənlinin kimliyini araşdıraq, hərçənd, bu yazıya sərf etdiyim vaxta heyfim gəlir. Xeyli yeyib-içmişik, dostanə münasibətlərimiz olub. 40 illik haq-salamı üzünü bircə dəfə gördüyü bir adama yarınmaq üçün ayaqlar altına atan birisinin Mübariz Mənsimova sevgisinin səmimi olmadığı qənaətinə gəldim, gendən görünür ki, sevgi Mübarizin pulunadır. Əcəba, onda bu cəsarət hardandır?

Saday Şəkərli

Yazı-pozu adamları arasında onu adıyla çağırana rast gəlməzsiniz, hamı ona "ALACƏFƏR" deyir, yəni, süləngəc it. Burasına izahat verim, bu adam harda pullu birisi varsa, onun həndəvərindədir, gənə kimi gah Allahşükürün muncuqlarından sallanır, gah Hüseynbala Mirələmovun, gah da... əşi, hansını deyim, birmi, ikimi? Birindən qopardırlar, başqasına yapışır. Hər il xurcununu dalına salıb üz tutur Rusiyaya, başqa ölkələrə, hansı şəhərdə kimdən xəbər alsan, deyəcəklər, bir dilənçi şair gəlmişdi Agacəfər adında, pul yığıb, yola saldıq. Taa gənclik illərindən bu xasiyyət onun başında olduğundan öz adını çağıran olmayıb.

İndi də birdən varlanmaq eşqinə düşüb, milyarder Mənsimova qarmaq atır, guya Mübarizin müdafiəsinə qalxıb, əslində, ona quyu qazmaqla məşğuldur, çünki, dərindən maraqlananlar olsa, mənim Mübariz Mənsimova mədəni şəkildə yazdığım statusun altından çox şeylər çıxarda  bilər, məsələn Eynulla Fətullayev mənim həmənki statusumdakı "H.Əliyevə görbagör deyən birisinə yardım edən M.Mənsimov" cümləsindən yapışıb, jurnalist araşdırması apara bilər və bu faktı İ.Əliyevə dəqiqiliyi ilə çatdıra bilər, onda Mənsimovun halına tamaşa etməyə iki göz gərək olacaq. Ağacəfəri isə yalnız öz məqsədinə çatmaq maraqlandırır. Heyif ki, cənab Mənsimov bu şələquyruğu mənim qədər tanımır, elə onu aldadanlar da bu sayaq hiyləgərlərdir ki, şəxsiyyətlərini araşdırmadan yardımlar edib. İndən belə isə nələr olacağına mən cavabdeh deyiləm.

Bəli, mən türmədən çıxandan sonra dostların təhrikiylə Mübariz Mənsimova müraciət etdim, bir çoxları kimi gizlin deyil, açıq şəkildə, saytlar da tirajladı. Xəstəydim, müalicəyə ehtiyacım vardı. Nəticəsi hamınıza məlumdur.

Bu yaxınlarda qəhrəman generalımız Polad Həşimovun adından spekulyasiya etməsinə etiraz olaraq,  bir status yazdım, yenə də açıq, fb-də paylaşdım, maraqlananlar çox olduğundan səhərisi ironiyayla bir status da yazdım. Üstündən xeyli keçib, Agacəfər isə indi ayılıb, ya da tulapayını alandan sonra cəsarətlənib, mənə cavab yazır. İndi fikir verin, yazır ki, guya mən demişəm "sən talış, mən türk, sən kim, mən kim?", statusumun linkini də sayt rəhbərlərindən xahiş edəcəm ki, aşağıda yerləşdirsinlər, belə bir ifadəyə rast gəlsəniz, Ağacəfər haqlıdır. Sonra əlavə edir ki, mən guya Mübarizdən bir milyon pul tələb etmişəm. Əgər, zərrə qədər kişiliyi varsa, sübut göstərsin, yoxdur belə şey, olmayıb, deməli, şər-böhtandır. Bəli, 37-ci il olsaydı, artıq belə işverən, yalandan üzəduran şahidlərin sayəsində məni çoxdan güllələmişdilər.

Ağacəfər Həsənli 

Düşünə bilərdim ki, "Avropada at oynadan bir şair" ifadəsini mənim dünyada yayılmış kitablarımın paxıllığını çəkdiyindən işlədib, düşünmədim. Düz yazdığı elə bircə bu ifadədir, bəli, mən türmədə də, Azərbaycanda da, Başqırdıstanda da, yaşadığım Rusiya şəhərlərində də hər zaman at oynatmışam, indi də Avropada at oynadıram, Ağacəfər isə bu yaşa kimi heç eşşək də oynada bilməyib, onun oynatdıqları ən yaxşı halda varlı adamların "muncuq"ları ola bilər. Çünki, ömrü boyu belində dilənçi xurcunu gəzdirən Ağacəfərin bircə marağı var, dilənməklə çoxlu pul toplamaq, vəssalam. Pul aldığı adamları da sonradan məsxərəyə qoyub "qulağını kəsdim" deməsindən də yaxın ətrafı xəbərdardır, yəqin, Mübarizin də qulağına çatacaq. Bir fəndə də əl atıb, məni talışlarla üz-üzə qoymaq fəndinə. Alınmaz, talışların ləyaqətli adamları məni yaxşı tanıyır, necə dünyəvi biri olduğumu da yaxşı bilirlər. Ən sədaqətli dostlarım talışlardı, qohumluğum da sirr deyil. Əgər Agacəfərin talışların hüquq və azadlığından bəhs edən bircə cümləsini görən olsaydı, onun talış sevgisinin də səmimiliyinə inanardı.

Mübariz Mənsimov 

Qəti əminəm ki, mənim tanıdığım Ağacəfərdə bu cəsarət yoxdur, onu danışdıran tamahdır, ya istədiyini alıb, ya da bir az da almaq iştahındadır. Bu dəfə xurcun deyil, talış zənbili götürmək fikrindədir, yəqin. Min bir hiylə bilən adamın məni hədəf seçməsinə inanmağım gəlmədi, ayrı yollar axtarmalıydı. Belə qənaətə gəlirəm ki, sifariş Mübariz Mənsimovdan gəlib, fikir verin, Vahid Ələkbərovun, Fərhad Əhmədovun adını çəkir (Mənsimovla aralarında münaqişə olduğunu bilir), Araz Ağalarovun, Qod Nisanovun adını çəkmir, əks halda, sahibinə arxalanmayan it kimi quyruğunu qısar, mənə hürməyə cəsarət etməzdi. Agacəfərkimilər nəslindən olanlarda o hünər yoxdur ki, sərbəst qərar qəbul etsinlər, danışdıran var deməli. A kopolunun pulu, bir dostumu da belə aldın əlimdən, hərçənd ki, fb-də on dəfə dostluq göndərəndən sonra qəbul etmişdim, şeirlərim haqqında  da az öncələr yüksək fikirlər yazıb, bu da onun ikiüzlüyüdür.

Tanıdınızmı? Belə bir dümbələyin mənim haqqımda yazı yazmağa ixtiyarı varmı? Bizə mərdliyi, ədalətliliyi, qüruru miras qoyan atamız həmişə öz dualarında deyərdi ki, "Allah bizi şeytan şərindən, quru böhtandan hifz eləsin". 

Mübariz Mənsimova gəlincə, o, keçən dəfə mənə verdiyi cavaba görə nə qədər mənəvi zərbə aldığını, nə qədər maddi ziyana düşdüyünü unutmasın gərək, bu dəfə nələr olacağının hesabını Agacəfərdən sorar, sağlıq olsun!

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə saxlayın