Ziya Məmmədov Həcc ziyarətinə gedəcək — 9150 manat ödəyib

27, 05, 22
16:00

Ziya Məmmədov Həcc ziyarətinə gedəcək — 9150 manat ödəyib


Sabiq nəqliyyat naziri Ziya Məmmədov bu ilin iyulunda Həcc ziyarətinə yola düşəcək. Daxil olan məlumata görə, keçmiş nazir ziyarət üçün tələb olunan sənədləri təqdim edib və tələb olunan 9150 manatı da ödəyib.

Bildirək ki, Ziya Məmmədov vəzifədən azad olunandan sonra bir qədər kölgəyə çəkilmişdi. Vaxtının böyük hissəsini anadan olduğu Ucar rayonunun Qazıqumlaq kəndində keçirirdi. Qardaşı Elton Məmmədov jurnalistlərə açıqlamasında demişdi ki, qardaşı vaxtını Quran oxumaqla keçirir.

Sitat: “Ziya müəllim müqəddəs Qurani-Kərimi kifayət qədər oxuya, təhlil edə bilir. Düşünürəm ki, bu da xoş olan bir işdir. Həmçinin, ailəsinin, doğmalarının yanında istirahət etməyin özü də yaxşı bir haldır”. 

 AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın