Düzgün Atalı: Çingiz Abdullayev insanları cahilliyə sürükləməklə məşğuldur - Çünki əqidəsində bütöv olmayıb

08, 06, 22
10:30

Düzgün Atalı: Çingiz Abdullayev insanları cahilliyə sürükləməklə məşğuldur - Çünki əqidəsində bütöv olmayıb


Xalq yazıçısı Çingiz Abdullayevi təzadlı fikirlərilə bizi həmişə təcübləndirib, çünki əqidəsində bütöv olmayıb.

Bu adam koministdir, rus sevdalısıdır, rus mədəniyyətinin vurğunudur, həmdə rus dilidir. Öz dilimizdə fikirlərini düzgün və səlist ifadə edə bilmir. Bu səbəbdən də, yazıçı populist və ziddiyyətli fikir sahibi kimi tez-tez gündəmə gəlir.

"Rüşvətxor fahişədən pisdir. Fahişə bədənini satır, rüşvət alan vicdanını." -Bu populist çıxış xalq yazıçısına xeyli rəğbət qazandırdı və həmin ifadə dillər əzbərinə çevrildi. 

Ancaq, bu yaxınlarda  Çingiz müəllimin başqa bir çıxışında: "1-ci Qarabağ müharibəsi olmayıb" ziddiyyətli fikrindən sonra isə vətəndaş cəmiyyətinin, qazılərin, şəhid ailələrinin qınağına tuş gəldi. Yazıçı tamamilə hörmətdən düşəsi oldu. 

Çingiz Abdullayev 2013 -cü ildə Azadlıq radiosuna verdiyi müsahibəsində də gündəmə gəlmişdi:

"Mən axirət dünyasına inanmıram. İnanmıram ki, o dünyada bizi ağ paltarlı qoca qarşılayacaq, pərilər oynayacaq və s. 

Həmişə deyirəm ki, seçim olsa cəhənnəm daha yaxşıdır, çünki ordakı insan qrupu daha maraqlı olacaq. Dahi insanlar hamısı çəhənnəmdə olar. 
Cənnət əgər olsa çox maraqsız olacaq". 

Bu müsahibədən cəmi doqquz il keçir və yazçı yenədə ziddiyyətli fikri ilə gündəmə gəlir. Bu dəfə isə Çingiz müəllim din adamlarının rəğbətini qazanmaq istəyir və Kulis.az saytına müsahibə verir. Jurnalist sual verir:

-Siz müsəlmansınız?

- Əlbəttə. Mən Məkkədə, Mədinədə, Kərbəlada, Qüdsdə, Məşhəddə olmuşam. İmam Hüseyni, onun inancı, ideyaları yolunda həlak olmasını qəhrəmanlıq hesab edirəm".

Təəssüflər olsun ki, bu müsahibə sosial şəbəkə istifadəçilərinin parçalanmasına səbəb oldu. Şiə və sünni təsübkeşliyi önə çıxdı.

Yazıqlar olsun ki, bu " ziyalı"lar insanları aydınlığa aparmaqdansa cahilliyə sürükləməklə məşğuldurlar.

Düzgün Atalı

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın