Düzgün Atalı: Ay şərəfsizlər sizin alət olduğunuz iran dövlətində demokratya varmı?

20, 07, 22
20:00

Düzgün Atalı: Ay şərəfsizlər sizin alət olduğunuz iran dövlətində demokratya varmı?


Son vaxtlar, dini təmayüllü qruplar, iran xüsusi xidmət orqanlarının təhrikilə fəlaşıblar. Ölkəmizdə qarışıqlıq salmaq üçün cürbə - cür aksyalar keçirirlər. Hətta ağıla gəlməyən şər-şəbədələrə keçərək,- polislərin allahı söydüklərinidə iddia edirlər. Özlərini mənəviyyat adamları sayan din admları, mənəviyyatdan kənar bütün vasitələrə əl atırlar. İtalyan filosofu Nikkolo Makiavelli deyirdi: "Məqsədə çatmaq üçün bütün vasitələr məqbuldur".Ancaq, Makiavellinin dediyi siyasətbazlara aitdir,- ruhaniyatçılara yox. Asif Ata isə deyirdi: "Ruhaniyyatda bic olan - gic olur"

Demokratiya boğulur, insanların vicdan haqları pozulur, qadınlara hicabı qadağan edirlər,- deyənlərin nəzərinə: Hicabla məktəbə gələn, Yevlax şəhər
1 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi "fəaliyyət göstərən" Nailə Babayevə  görün məktəbdə hansı hoqqalardan çıxır; Bu müəllimənin işi-gücü öz fənnini tədris etmək əvəzinə iran-fars rejiminin təbliğatını can-başla aparmaqla məşğuldur.   

Bu adamların məqsədi demokratiyadan istifadə edərək, iran-fars rejimini ideologiyasını təbliğ edərək, Azərbaycanda sekulyar dövlət quruluşunu devirib, iran yönmli teokratik-dini Kərimə dövlət qurmaqdır.

Bu şərəfsiz milli satqınlara demək lazımdır: Ay şərəfsizlər sizin alət olduğunuz iran dövlətində demokratya varmı? Demokratya varsa, bəs niyə hicabsızlara cəza verirlər? İnsan haqları qorunursa, bəs niyə 40 milyonluq Azərbaycan türklərinin haqları tanınmır,  öz dilində oxumaq haqqını taləb edənlər zindanlarda çürüyür? Budurmu sizin təbliğ etdiyiniz dövlət modeli?!

Hər bir kəsə aydındır ki, məqsəd heç də demokratya, insan və vicdan azadlığı deyil, məqsəd, İranın Azərbaycanı içimizdə olan manqurtlar hesabına çökdürüb  özləri tərəfindən idarə olunan, qapaz altı "dövlətçiliyə" çevirməkdir.

Millət olaraq bir şeyi anlamalıyıq ki, özümüz olmalıyıq, öz milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Dünşüncəmizi və ruhumuzu yad idealogiyalardan, xüsusilə də ərəb-fars işğalından azad etməsək, fəlakətlərdən qurtula bilməyəcəyik.  

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın