Məhkəmə AXCP fəalı ilə bağlı qərar çıxardı
Məhkəmə AXCP fəalı ilə bağlı qərar çıxardı
Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimova barəsində olan qərardan verilən apellyasiya şikayətinə baxılıb.
"Azərbaycan Reallığı" əldə etdiyi məlumata görə, hakim Kamran Əkbərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
Sentyabrın 5-də Xətai Rayon Məhkəməsi hakim Sülhanə Hacıyevanın sədrliyi ilə Nəsimi Payon Polis İdarəsinin əməkdaşı Seymur İmanovun Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Gülnarə Rəhimovaya qarşı xüsusi ittiham qaydasında şikayətini təmin edib. Məhkəmənin hökmünə görə, Gülnarə Rəhimova 460 saat ictimai işlərə cəlb olunacaq.
Fəal Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayətin törədilməsi haqda böhtan), 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib. Rəhimovaya qarşı şikayətin verilməsinə onun avqustun 11-də Facebook səhifəsində paylaşdığı yazı səbəb olub. Gülnarə Rəhimova etiraz aksiyalarında fəal iştirakı ilə tanınır. Buna görə dəfələrlə həbsə və cərimələrə məruz qalıb.
AZƏRBAYCANREALLIĞI.COM