Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi

11, 12, 22
16:00

Əli İnsanov Heydər Əliyevin məzarını ziyarət etdi


Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının rəhbəri Əli İnsanov ümumilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

"Azərbaycan Reallığı" xəbər verir ki, bu haqda o, "Facebook" hesabından paylaşım edib.

"Azərbaycan Xalqının Lideri Heydər Əliyevin 12 dekabr Anım Günü münasibətilə Fəxri Xiyabanda məzarını ziyarət etdim, ruhuna dualar oxudum.

Sonra unudulmaz xeyirxahımız, Akademik Zərifə xanım Əliyevanın, görkəmli dövlət xadimi, fəxrimiz Əziz Əliyevin, əziz müəllimim, tibb elmləri doktoru, professor Tamerlan Əliyevin, vəfalı dostum, Akademik Cəlal Əliyevin və əziz müəllimim, Milli Elmlər Akademiyasının müxbir üzvü Aqil Əliyevin məzarlarını da ziyarət etdim.

Ruhları şad, məkanları cənnət olsun. Amin!”, - qeyd edib.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın