"Kontakt Home"dan biabırçı bayram kampaniyası: Deputatın şirkəti işçilərini ələ saldı

04, 01, 23
13:00

"Kontakt Home"dan biabırçı bayram kampaniyası: Deputatın şirkəti işçilərini ələ saldı


"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə jurnalist Sevinc Paşayeva məlumat verib: 

"Deyirlər, Kontakt Home bayramla əlaqədar işçilərinə 50 manat pul mükafatı təyin edib. Amma əlbəəl yox. 

Hərəyə bir yaşıl rəngli "Sevindirən kart" paylayıb, pulu da köçürüb içinə. İndi işçilər ha əlləşir-vuruşur, kartdan pulu çıxara bilmir. Səbəb də odur ki, həmin "green card"la elə şirkətin öz mağazalarından mütləq nəsə almalıdırlar. Yəni verdiyim pulu təzədən elə özümə qaytar prinsipi...

İndi işçilər düşüb tanış-bilişin canına ki, bəlkə kiminsə Kontaktdan 50 manatlıq avadanlıq almaq fikri ola, alışı bu kartla edə, sonra da öz aralarında nağdlaşdıralar. Nə isə ki, əməllicə zibilə düşüblər: yumşaq desək, şirkətin marketinq zibilinə..."

Onu da qeyd edək ki, sözügedən şirkət deputat Elnur Allahverdiyevə məxsusdur... 

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın