yuxarı
Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü
11, 02, 23
12:00
Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürüldü
Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev müalicə müəssisəsinə köçürülüb.
"Azərbaycan Reallığı" xəbər verir ki, bu barədə onun vəkillərindən Zibeydə Sadıqova məlumat yayıb. Müdafiəçi qeyd edib ki, vəkillərinə məlumat vermədən Bəxtiyar Hacıyevi Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüblər.
Qeyd edək ki, ötən il dekabrın 9-da həbs edilən B.Hacıyev Bakı Şəhər 1 saylı İstintaq Təcridxanasında saxlanılırdı.
Vəkilləri onun təcridxanada aclıq aksiyası etdiyini, 15 kilo çəki itirdiyini və səhhətinin pis durumda olduğunu bildirir.
Hacıyev jurnalist Ülviyyə Alovlu ilə yaşadığı insidentə görə həbs edilib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlik etməkdə təqsirli bilinir.
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək